AZ

Bakıda 36 yaşlı kişi arvadını döydü

Bakının Xəzər rayonunda 36 yaşlı kişi arvadına xəsarət yetirib. 

Demokrat.a
z-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Qala qəsəbəsində baş verib. 

Laçın rayon sakini, 1989-cu il təvəllüdlü Əhməd həmin qəsəbədə nömrəsiz fərdi evdə aralarında yaranan münaqişə zamanı arvadı Sevda (adlar şərtidir – red.) ilə mübahisə edib. O, qəsdən vuraraq arvadının xəsarətlər yetirib. 

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun arvadıdır, birkə nikahlarından bir azyaşlı uşaqları var: 

“Hadisə günü, gecə saat 1 radələrində arvadım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi olduğum üçün əli ilə ona baş nahiyyəsindən vurdum. Həmin tarixdən etibarən zərərçəkmiş şəxs yaşadığımız evdən çıxaraq anasıgilə getdi. Etdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Əhmədə 1200 manat miqdarında cərimə cəzası təyin edilib.


Fariz Məlikli
Demokrat.az
Seçilən
33
demokrat.az

1Mənbələr