Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu sözləri Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovla görüşündə dilə gətirib. O diqqətə çatdırıb ki, Pakistan Azərbaycana özünün əsas tərəfdaşı kimi yanaşır. "Bu çərçivədə xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığımızı artırmağa çalışır. Ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının gücləndirilməsi, regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq, ümumi rifaha töhfə verəcək", – Zərdari vurğulayıb. Pakisran Prezidenti həmçinin Ermənistanla tarixi sülh bəyannaməsinin mzalanması münasibətilə səfirimizə öz təbrikini bildirib, bu təbriki Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırmağı xahiş edib. "Bu bəyannamə regiona davamlı sülh, sabitlik və firavanlıq gətirəcək. Pakistan problemlərin, münaqişələrin qarşılıqlı anlaşma və hörmətə əsaslanan sülh yolu ilə həllinə inanır", – o deyib. Asif Əli Zərdari səfirimizlə görüşdə Hindistan tərəfindən qanunsuz ələ keçirilmiş Cammu və Kəşmir ərazilərinin əhalisinə mütəmadi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) TƏMAS Qrupunun dəyərli üzvü kimi Azərbaycana öz təşəkkürünü bildirib. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.