ain.az bildirir, Oxu.az portalına istinadən.
Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəmisinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anası Almaz Əskərova şahid kimi ifadə verməsi ilə bağlı müdafiə tərəfi vəsatət təqdim edib. Hakim vəsatətin natamam olmasını bildirərək onun yenidən tamamlanaraq təqdim edilməsini istəyib.
Vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti yenidən təqdim etsə də, məhkəmə onun əsassız olduğunu bildirib və təmin etməyib.
Sentyabrın 3-nə təyin edilən növbəti prosesdə təqsirləndirilənin anasının ifadəsi gözlənilir.
Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddəni saxlama və ya daşıma) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok" əməliyyatları" çərçivəsində aparıcı Azər Zahid, Emin Abdullayev və digərləri saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan müsabiqələrdə iştirakçı olub.
Elgün Həsənli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.