AZ

İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirildi

BAKI, 13 avqust. TELEQRAF

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə İlhamə Elşadqızının vəkili vəsatət verib.

Vəkil məhkəmədən İlhamə Elşadqızının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Daha sonra məhkəmə müşavirə edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesi sentyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Seçilən
60
2
teleqraf.com

3Mənbələr