AZ

Nəcməddin Sadıqov dindirilmək üçün Türkiyəyə aparılıb?

Azərbaycan Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıqovun 2020-ci ildə, 44 günlük Vətən müharibəsi ərəfəsində Türkiyəyə aparılaraq orada dindirilib.

Missiya.Az xəbər verir ki, bunu türkiyəli jurnalist Raqib Soylu iddia edib.

Soylu məşhur “Middle East Eye” portalında dərc olunan “Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi?” məqaləsində qeyd edib ki, Türkiyə rəsmiləri Azərbaycan ordusunda rusiyayönlü ünsürlərin üzə çıxarılması və zərərsizləşdirilməsində iştirak ediblər.

“Belə şəxslərdən biri 2020-ci ildə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov idi. O, prorusiya meyllərinə malik olmaqda şübhəli bilinirdi”, - deyə əlavə olunub.

Məsələ ilə tanış olan bir mənbə “Middle East Eye”a bildirib ki, türk rəsmiləri Nəcməddin Sadıqovun müharibə zamanı vəzifədən uzaqlaşdırılmasını təşkil ediblər, onu dindirilmək üçün Türkiyəyə gətiriblər və sonradan Rusiyaya qayıtmasına icazə veriblər”, - deyə məqalədə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
86
missiya.az

1Mənbələr