Rusiya və Belarusun birgə strateji təlimləri “Qərb-2025” çərçivəsində hərbçilər nüvə silahının, o cümlədən Rusiyanın qitələrarası “Oreşnik” raketinin tətbiqi üzrə planlaşdırmanı məşq edəcəklər.
Bu barədə Belarus müdafiə naziri Viktor Xrenin məlumat verib. Onun sözlərinə görə, təlimlər strateji çəkindirmə imkanlarının artırılmasına yönəlib və Qərb, həmçinin şimal sərhədlərində artan hərbi aktivlik fonunda keçirilir.
“Bu, bizim üçün strateji çəkindirmənin mühüm elementidir. Dövlət başçısının tələb etdiyi kimi, biz hər şeyə hazır olmalıyıq. Qərb və şimal sərhədlərimizdəki vəziyyəti görürük və hərbiləşməni sakit şəkildə izləyə bilmərik. Açıq və sülhpərvər olduğumuzu göstəririk, amma barıt həmişə quru saxlanmalıdır”, – Xrenin deyib.
//Samir Qurbanov, Editor.az
Təlimlərin gələn il keçirilməsi planlaşdırılır.