"Liverpul" klubu "Parma"nın müdafiəçisi Covanni Leoni ilə şəxsi məsələlərdə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu gənc futbolçu üçün 30 milyon avro tələb edir. Klublar arasında razılıq yaxın görünür.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Leoni ötən ilin yayında "Parma"ya transfer olub. 18 yaşlı futbolçu A Seriyasında 17 oyuna çıxıb və 1 qol vurub.

"Liverpul" onunla yanaşı daha bir mərkəz müdafiəçi Mark Quexini də transfer etməyi planlaşdırır.