AZ

Tramp: Danışıqlar alınmasa belə Ukraynaya silah satışı davam edəcək – Axios

ABŞ prezidenti Donald Tрамп Rusiya lideri Vladimir Putinlə münasibətlərdə gərginliyin davam etməsinə baxmayaraq, diplomatik səylərinin uğursuzluğu halında belə Ukrayna üçün NATO ölkələrinə silah satışını dayandırmağı planlaşdırmır. Bu barədə Axios nəşri amerikalı rəsmilərə istinadən xəbər verib.

Məlumata görə, son altı ay ərzində nəticəsiz qalan bir sıra telefon danışıqlarından sonra Tрамп Putinin sülhə hazır olub-olmadığını qiymətləndirmək üçün onunla şəxsən görüşmək istəyir.

Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ehtiyat edirlər ki, Tрамп görüş zamanı Moskvanın sərt tələblərini qəbul edə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr