Məşhur müğənni İrem Derici sürpriz evlilik təklifi alıb. O, 12 yaş kiçik sevgilisi DJ Melih Kunukcu ilə 1 ildir ki, birlikdədir.
Gundem.az “Sözcü”yə istinadən xəbər verir ki, son aylarda qısa müddətli ayrılıq yaşamış cütlük, yenidən barışıblar.
Bundan sonran isə Burak Bulutun toyunda DJ Kunukcu, İrem Dericiyə evlilik təklif edib və məşhur müğənni təklifi “Bəli” cavabını verərək qəbul edib.
Cütlüyün nikah tarixi hələ açıqlanmayıb, amma xəbərlər onların tezliklə ailə həyatı quracağı yönündədir.