AZ

Rusiya "Tramp marşrutu" layihəsinin detallarını öyrənəcək

Rusiya "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi ) detallarını öyrənmək niyyətindədir. 

Missiya.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin (DİP) direktor müavini Aleksey Fadeyev məlumat verib. 

“Tramp yolu”na gəlincə, belə demək mümkünsə, öz mövqeyimizi qoruyuruq. Rusiya Xarici İşlər Nazirliyi hələlik ictimaiyyətə açıqlanmayan layihənin təfərrüatlarını öyrənəcək" -, o bildirib. 

Fadeyev qeyd edib ki, Cənubi Qafqazda vəziyyətin nizamlanmasına qoşulmuş qeyri-regional qüvvələr dinc gündəliyi təşviq etməlidir, yeni ayırıcı xətlər yaratmamalıdır. Ermənistanın Aİİ-yə üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması da nəzərə alınmalıdır. Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən və qəbul edilərkən bu hallar nəzərdə saxlanılmalıdır.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
49
missiya.az

1Mənbələr