AZ

"Tamkart" ilə komissiyasız nağdlaşdırma və köçürmə limiti azaldılır

ABB "Tamkart" debet kartlarından komissiyasız nağdlaşdırma və köçürmələrin limitini aylıq 7000 manatdan 3000 manata endirir.

Operativ Media xəbər verir ki, bu barədə bankın öz müştərilərinə göndərdiyi bildirişdə qeyd olunub.

Qeyd edək ki, Bundan əvvəl "Birbank" da limiti 3000 AZN-ə endirdiyini açıqlayıb.

Hər iki bank yeniliklərin 11 sentyabrdan qüvvəyə minəcəyini açıqlayıb.

 

Seçilən
49
operativmedia.az

1Mənbələr