Amerikalı pop ulduzu Madonna instaqramda Papa Fransiskə birbaşa müraciət edərək, onu Qəzza zolağını ziyarət etməyə çağırıb.
OLAY yazır ki, sənətçinin sözlərinə görə, bölgədəki uşaqların vəziyyəti dözülməz hal alıb və zaman çox azdır.
“Qəzza zolağındakı uşaqlara işıq apar, çox gec olmadan. Bir ana kimi, onların əzabına laqeyd qala bilmirəm. Dünyadakı bütün uşaqlar bizə aiddir. Amma yalnız sən, ora giriş üçün rədd cavabı almadan daxil ola bilərsən”, - deyə, Madonna bildirib.
Müğənni çıxışında həmçinin Qəzzadan uşaqların təxliyəsi üçün humanitar dəhlizlərin tam açılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu problemin siyasi həlli yoxdur:
“Siyasət bu vəziyyəti dəyişə bilməz. Amma şüur dəyişə bilər. Ona görə də ruhani bir şəxsə müraciət etdim”, - deyə, Madonna qeyd edib.
Qeyd edək ki, 4 avqustda İsrailin baş naziri Binyamin Netanyahu, kabinetin dəstəyi ilə Qəzza zolağının tam işğalı barədə qərar qəbul edib. Hazırda İsrail ordusu (TsAXAL) ərazinin təxminən 75%-nə nəzarət edir.
N12 xəbər verir ki, növbəti hərbi əməliyyatlar HƏMAS-ın girov saxladığı bölgələri də əhatə edəcək. Bu isə bölgədə humanitar böhranı daha da dərinləşdirə bilər.