AZ

Təhlükəli maddə daşıyan qatar aşdı

ABŞ-nin Texas ştatında təhlükəli maddə daşıdığı ehtimal edilən qatarın təxminən 35 vaqonu relsdən çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də yayımlanan "ABC News" kanalının məlumatına görə, rəsmilər Texasın Palo Pinto bölgəsində bir qatarın 35-ə yaxın vaqonunun relsdən çıxdığını açıqlayıblar.

Rəsmilər qatarın təhlükəli maddə daşıdığını ehtimal edirlər.

Fövqəladə hallar üzrə qruplar hadisə yerinə göndərilib və kiçik miqyaslı yanğına müdaxilə edilib. Rəsmilər hadisə nəticəsində insan tələfatı və ya xəsarət olmadığını qeyd ediblər.

Vaqonlardan sızma müşahidə edilmədiyi və hadisənin səbəbi ilə bağlı araşdırma başladıldığı bildirilib.

Seçilən
10
cebheinfo.az

1Mənbələr