Bakı. Trend:
İranın milli valyutası “Tümən” və kiçik valyuta isə “Qeran”olacaq.
Trend-inməlumatına görə, bunu İranın Mərkəzi Bankının baş direktoruMəhəmməd Rza Fərzin yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkənin milli valyutasının adının“Rial” olmasına baxmayaraq, ictimaiyyətdə praktiki olaraq “Tümən”adından istifadə olunur.
Fərzin deyib ki, ölkədə inflyasiyanın artması ilə xaricivalyutalar qarşılığında milli valyutanın dəyəri ciddi şəkildəazalıb. Bu isə ölkəyə uyğun olmayan səviyyədədir. Buna əsasən,milli valyutadan 4 sıfırın silinməsi (denominasiya) mütləq həyatakeçirilməlidir.
İran Mərkəzi Bankının şefi qeyd edib ki, ölkədə hazırda ən böyükpul əsginası 100 min rialdır. Ondan böyük əsginaslar bank çekihesab olunur.
“Hazırda ölkədə 10,4 milyard əsginas dövriyyədədir. Ölkədə 4sıfırın dərhal silinməsinin problemlərindən biri budur. Bir çoxalqı-satqıların bank kartları vasitəsi ilə həyata keçirilməsinəbaxmayaraq, bank şəbəkəsində problem olduğu halda, əsginasvasitəsilə alqı-satqıların həyata keçirilməsinə şəraityaradılmalıdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, 10 avqustda İran hökuməti milli valyutadan 4sıfırın silinməsi (denominasiyası) prosesi ilə əlaqədar yeni layihəqəbul edib.
Xatırladaq ki, 4 avqustda İran parlamentinin iqtisad komitəsininsədri Şəmsəddin Hüseyni milli valyutadan 4 sıfırın silinəcəyi,milli valyutanın adının isə “Rial” qalacağını bildirib.
Əlavə edək ki, İran parlamenti 2020-ci ildə İran valyutasınındenominasiyası ilə əlaqədar qərar verib. Qərara əsasən İranın millivalyutasından 4 sıfır atılması, “rial” adı “tümən” adınadəyişdirilməsi nəzərdə tutulub. Lakin sözügedən qanun layihəsiİranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyib.