AZ

Anadan yoxsa atadan uşağa talassemiyanın keçmə ehtimalı daha çoxdur? -Həkimdən AÇIQLAMA

"Hər iki valideyn, əgər talassemiya geninin daşıyıcısı olarlarsa, 25% talassemiyalı xəstə, 25% sağlam, 50% isə daşıyıcı doğula bilir. Və hər hamiləliyin payına düşür bu. Bəzən belə bir fikir var ki, əgər birinci hamiləlikdə xəstə olubsa, ikincidə, üçüncüdə olmaz, dördüncüdə ola bilər xəstə. Ancaq belə deyil. Bu hər hamiləliyin payına düşür". 

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuzioligiya şöbəsinin müdiri Tünzalə Əhmədova bildirdi.

Onun sözlərinə görə, hər hamiləlikdə hansı genli hüceyrələrin görüşməsindən asılıdır. Əgər hər iki talassemiya gen defekti olan görüşürsə, burda talassemiya xəstə doğulacaqdır.

Nuriyyə NATİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr