AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Sumqayıtda bu ölkəyə növbəti humanitar yardımın göndərilməsi mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən Ukrayna üçün çox vacib və zəruri olan bu yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu elektrik avadanlıqlarını bütün elektrik sistemimizin bərpası üçün istifadə edirik", - diplomat bildirib. O vurğulayıb ki, bu, cari il ərzində elektrik avadanlıqlarından ibarət ikinci yardım paketidir.
Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanın dəstəyini qiymətləndirir və həmişə ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir: "Biz Azərbaycanın da tariximizin bu ağır dövründə bizi dəstəkləməsini qiymətləndiririk", - o əlavə edib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta