AZ

ABŞ büdcəsinin bir aylıq kəsiri 300 milyarda qalxdı

İyul ayında ABŞ hökumətinin büdcə kəsiri 291,143 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 19,4% çoxdur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bununla yanaşı, gəlirlər 2.5 faiz – 338.492 milyard dollara qədər artıb. Gömrük yığımları isə büdcəyə 27.7 milyard dollar gəlir gətirib ki, bu da ötənilki göstərici (7.1 milyard dollar) ilə müqayisədə 4 dəfə çoxdur. Xərclər 9.7 faiz – 629.635 milyard dollara qədər artıb.

Qeyd olunub ki, oktyabrın 1-də başlayan 2025-ci maliyyə ilinin ilk on ayında ABŞ-ın büdcə kəsiri illik müqayisədə 7,4% artaraq 1,629 trilyon dollara yaxın olub.

Gəlirlər 6,4% artaraq 4,347 trilyon dollara çatıb. Xərclər isə 6,7% artaraq 5,975 trilyon dollara qalxıb. Hər iki göstərici rekord həddədir.

Xatırladaq ki, 2024-cü maliyyə ili üçün ABŞ dövlət büdcəsinin mənfi saldosu 8% artaraq 1,83 trilyon dollar təşkil edib.

Seçilən
6
1
axar.az

2Mənbələr