AZ

Az su, çox problem: İsti havalarda diqqətli olun

Yay aylarında bədənin artan maye ehtiyacının qarşılanmaması, sağlamlıq problemlərinə yol aça bilər.

 

Pravda.az xatırladır ki, gündəlik 2,5 litr maye qəbul edilməlidir.

 

Susuzluq diqqət dağınıqlığı, yorğunluq, baş ağrısı və əhval pozğunluğu ilə nəticələnə bilər. Bədənin su balansı pozulduqda, əzələ və oynaq ağrıları artır, maddələr mübadiləsi və böyrək funksiyaları zəifləyir. Bu isə artıq çəki, sidik yolları infeksiyası və hətta böyrək daşı riskini yüksəldir.

 

Eyni zamanda, az su içmək həzm sisteminə də mənfi təsir göstərir – xüsusilə yay aylarında qəbizlik kimi problemlər arta bilər.

 

Mütəxəssislər gün ərzində su içməyi vərdiş halına gətirməyi və sadə xatırlatmalarla bu prosesi asanlaşdırmağı tövsiyə edirlər. Bu, yay mövsümünü sağlam və enerjili keçirməyə kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 13 Avqust 2025, 14:59   
Seçilən
1
pravda.az

1Mənbələr