İranda həddindən artıq isti hava şəraiti ilə əlaqədar artan enerji sərfiyyatı səbəbindən bu gün 18 vilayətdə dövlət idarələrinin fəaliyyəti dayandırılıb.
“Yəzd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Simnan, Qum, Kürdüstan, Hörmüzqan, Kirmanşah, Əlborz, Mərkəzi, Gülüstan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədan. ” İranda havaların isinməsi ilə yanaşı enerji qənaəti tədbirləri də artırılıb.
Paytaxt Tehranda artıq enerji sərfiyyatının qarşısını almaq üçün son günlər müxtəlif bölgələrdə növbəli şəkildə gündəlik 2 saatlıq elektrik kəsintiləri tətbiq olunur.İsti havalarda kondisionerlərin işə düşməsi ilə enerji tələbatının zirvəyə çatdığı bu günlərdə rəsmilər tez-tez əhaliyə qənaət çağırışı edirlər.