“Levski” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la cavab oyununa ciddi itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, hücumçu Mustafa Sanqare komandasına kömək edə bilməyəcək.
26 yaşlı futbolçunun ayaq əzələsində zədə var. Sanqare “Sabah”la ilk matçdan əvvəl zədələnmişdi. Onun bud nahiyəsində yırtıq aşkarlanıb. Zədəli halda evdəki görüşdə iştirak edən Sanqarenin durumu pisləşib. Bu səbəbdən o, Bakıdakı matçda oynaya bilməyəcək.
Qeyd edək ki, “Sabah”la “Levski” arasında cavab oyunu sabah keçiriləcək. Bolqarıstandakı ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.