"Azərbaycandan göndərilən elektrik avadanlıqlarını öz enerji sistemimizin bərpası üçün istifadə edəcəyik".
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bu humanitar dəstəyə bizim böyük ehtiyacımız var idi. Bir daha Azərbaycan Prezidentinə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyinə görə təşəkkür edirik".