Portuqaliyada faciəli hadisə baş verib. Kişi evində bədbəxt hadisə nəticəsində ölüb. Arıq bədən quruluşlu 59 yaşlı kişi çəkisi 100 kq-dan çox olan 60 yaşlı arvadı tərəfindən əzilib.
Publika.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Yataqdan qalxan qadın ayağı büdrəyərək həmin vaxt yerdə uzanmış ərinin üzərinə yıxılıb. O, çəkisi çox olduğu üçün ayağa qalxa bilməyib və çarpayı ilə divar arasında qalıb. Qışqırıqları eşidən qonşular köməyə qaçsalar da, o vaxta qədər kişi huşunu itirib. Hadisə yerinə gələn fövqəladə halların əməkdaşları və tibb işçiləri onu həyata qaytara bilməyiblər.
Portuqaliyanın “Correio da Manha” qəzetinin məlumatına görə, beş kişi qadını ərinin üzərindən qaldırmağa çalışıb, amma bacarmayıblar.