AZ

Rusiya-Ukrayna müharibəsinin sonu üçün 4 xəritə, 4 ssenari

Rusiya - Ukrayna müharibəsinin bitməsi üçün diplomatik səylər yenidən gündəmdədir. ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin 15 avqust Alyaskada bir araya gələcək.


Manset.az-ın türk mediasına istinadən məlumatına görə, görüş ərəfəsində münaqişənin sonlanması ilə bağlı 4 mümkün ssenari və xəritə planı müzakirə edilir.

Rusiya Təhlükəsizlik Şurasının elmi müşaviri Aleksandr Yakovenko görüş yerinin Alyaska seçilməsinin, ABŞ və Rusiya arasında ortaq Arktik maraqlara işarə edən simvolik addım olduğunu bildirib.

Donald Trump isə görüşdən əvvəl verdiyi açıqlamada, Ukrayna Prezidenti Volodimir Zelenskiyə “torpaq mübadiləsi” əsasında Kreml ilə atəşkəsə getməyi tövsiyə edib. Bu açıqlama Kiyev üçün sərt reaksiya doğurub. Zelenski daha əvvəl “Ukraynalılar torpaqlarını işğalçıya bağışlamayacaq” deyərək belə razılaşmalara qəti qarşı olduğunu bildirmişdi.

Masadakı 4 ssenari isə bunlardır:

1. Avropa modeli
Müharibə indiki cəbhə xəttində dayandırılır (təxminən 1090 km uzunluğunda) və tərəflər əlavə ərazi güzəştlərinə getmir.


2. Putinə güzəşt
Ukrayna Donbas regionunu (Donetsk və Luqansk) tam şəkildə tərk edir və strateji mövqelərdən imtina edir.


3. Kiyevin geri addımı
Ukrayna yalnız Donbası deyil, həmçinin Zaporojye və Xerson vilayətlərinin tamamını da verir. Bu ərazilərin bəziləri hələ Rusiya nəzarətində deyil.


4. Torpaq mübadiləsi
Rusiya Luqansk, Donetsk və Zaporojyenin hamısını əldə edir. Qarşılığında Ukrayna Qara dəniz sahilindəki əraziləri (məsələn, Odessa və ətrafı) nəzarətdə saxlayır.


Həssas məqamların müzakirə olunacağı Trump–Putin zirvəsi, müharibənin gələcəyi ilə bağlı kritik dönüm nöqtəsi ola bilər. Lakin “torpaq qarşılığında sülh” yanaşması, Ukrayna üçün ciddi siyasi və ictimai etiraz doğurmağa davam edir.

Seçilən
29
manset.az

1Mənbələr