AZ

“Liverpul” 18 yaşlı müdafiəçini transfer etməyə yaxındır

“Parma”nın mərkəz müdafiəçisi Covanni Leoni “Liverpul”a keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, Mersisayd klubu 18 yaşlı futbolçunun transferi üçün İtaliya klubu razılığa gəlmək üzrədir.

İngiltərə təmsilçisi italyan oyunçu üçün 35 milyon avro ödəməyə hazırdır. “Parma” isə futbolçunun gələcək satışından 10% pay  və onun daha bir mövsüm icarə əsasında komandada qalmasını istəyir.

Hazırda “Liverpul”un baş məşqçisi futbolçunu dərhal komandaya cəlb etmək və ya bir mövsüm icarədə buraxmaq barədə qərar verməyə çalışır.

Qeyd edək ki, Covanni Leoni ötən mövsüm İtaliya çempionatında 17 oyuna çıxıb, 3 sarı vərəqə alıb və 1 dəfə meydandan qovulub.

Seçilən
88
90deqiqe.az

1Mənbələr