AZ

Kosmosda həyat üçün suya alternativ tapılıb

Ajans.az Proceedings of the National Academy of Sciences jurnalına istinadən xəbər verir ki,kosmosda həyat adi suda deyil, aqressiv və sabit ion mayesində yarana bilər. Alimlər sulfat turşusu üzərində müxtəlif sınaqlar apararaq, hər dəfə sabit maye təbəqəsinin qalmasını müşahidə ediblər. Bu, onların fikrincə, ekzoplanetlərdə ion mayelərinin mövcud olmasının mümkünlüyünü göstərir. Ion mayesi yüksək temperatur və aşağı təzyiq şəraitində yaranaraq həyat üçün alternativ mühit təmin edə bilər. Yer kürəsində isə belə maye yalnız nadir təbii proseslər nəticəsində əmələ gəlir. Astrofizik Sarah Siger isə ion mayesinin müxtəlif şəraitdə necə əmələ gəldiyinə heyran qaldıqlarını bildirib. Qeyd olunur ki, bu tədqiqat kosmosda həyatın tədqiqi üçün yeni perspektivlər açır.

 

Seçilən
14
Ajans.az

1Mənbələr