“Suriyada yeni dövr başlayıb. Bundan narahat olan aktyorlar prosesi mənfi yönə çevirməyə çalışırlar”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
Fidan bildirib ki, Süveydə hadisələri bu qaranlıq mənzərənin yaranmasına səbəb olan ən böyük amillərdən biridir.
Onun sözlərinə görə, yeni Suriya bütün xalqların, inancların və mədəniyyətlərin qorunub saxlandığı və birgə yaşaya biləcəyi bir Suriya olmalıdır:
“Türkiyə olaraq bu istiqamətdə tövsiyələr veririk. Suriyada hər kəs məsuliyyət daşımalıdır. Suriyada təhlükəsizlik problemi olmamalıdır və burada sabitliyi pozan rəftarlara yol verilməyəcək”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az