AZ

Nüvə stansiyasında meduza həyəcanı: Dörd reaktor söndürüldü

Nüvə stansiyasında meduza həyəcanı: Dörd reaktor söndürüldü

Fransadakı bir nüvə elektrik stansiyasında enerji istehsalı meduza səbəbindən dayandırılıb. Stansiyada dörd reaktor təcili olaraq söndürülüb.

Məlumata görə, meduza sürüsü müəssisədəki dörd nüvə reaktorunun soyutma sistemlərini tıxayıb. Mümkün nüvə fəlakətinin qarşısını almaq üçün reaktorların avtomatik olaraq dayandırıldığı bildirilib.

Digər iki reaktoru texniki baxışda olan nüvə stansiyasında enerji istehsalı meduza səbəbindən tamamilə dayanıb. Fransızlar filtr sistemlərini tıxayan meduzaları təmizləməyə çalışırlar.

Son illərdə bölgədə meduza populyasiyasının artdığı qeyd olunur. Alimlər meduzaların qlobal istiləşmənin təsiri ilə sürətlə çoxaldığını vurğulayırlar.

Seçilən
52
afn.az

1Mənbələr