ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Trampa Vladimir Putinlə gözlənilən danışıqlarla bağlı məsləhət verə biləcək ekspertləri yoxdur.
Ölkə.az xəbər verir ki, bu barədə “Financial Times” Ağ Ev rəhbərinin problemi ilə bağlı mənbələrə istinadən yazır.
ABŞ-nin Bolqarıstandakı keçmiş səfiri Erik Rubin əminliklə qeyd edib ki, Prezident Trampın Rusiya və Ukraynanı anlayan və ona məsləhət verə biləcək bir dənə də siyasətçi yoxdur.
Nəşr yazıb ki, Trampın daxili islahatlarından sonra Dövlət Departamentindən 1300-dən çox əməkdaş, o cümlədən Rusiya və Ukraynanı araşdıran analitiklər işdən çıxarılıb. Bundan əlavə, münaqişənin həllinin mümkün yolları ilə bağlı danışıqları xarici siyasətdə təcrübəsi olmayan xüsusi elçi Stiv Uitkoff aparıb, eyni zamanda “diplomatlar və ekspertlər işdən kənarlaşdırılıb”.
Nəşrə adının çəkilməsini istəməyən alman diplomat deyib ki, Putin Trampdan fərqli olaraq müzakirələrin bütün incəliklərini yaxşı qavradığı üçün ən bacarıqlı və təcrübəli danışıqlar aparanlardan biridir.
Mürtəza
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.