AZ

Hindistan Pakistanı Rusiya ilə hədələdi

Hindistan Hərbi Hava Qüvvələrinin komandanı Amar Prit Sinq Rusiyadan alınmış “S-400” hava hücumundan müdafiə raket sisteminin Pakistanla münaqişədə əhəmiyyətini qeyd edib.

Gundem.az xəbər verir ki, o, bu silahların oyun qaydalarını dəyişdiyini bildirib.

“Bu yaxınlarda əldə etdiyimiz S-400 sistemi oyunun qaydalarını dəyişdi. Raketlərin uçuş məsafəsi onların (Pakistan Hərbi Hava Qüvvələri) təyyarələrinin hava-yer silahlarından istifadə edə biləcəkləri məsafədə olmasına imkan vermədi”, - komandan bildirib.

 

Sinq iddia edib ki, Hindistan təxminən 300 km məsafədən vurulan Pakistan Hərbi Hava Qüvvələrinə məxsus ən azı 5 döyüş təyyarəsinin məhv edildiyini təsdiqləyib: “Bu, havadan havaya öldürücü zərbə üçün ən böyük məsafədir”.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham etsə də Pakistan bunu qəti şəkildə rədd edir.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.

Seçilən
10
1
gundem.az

2Mənbələr