Ermənistanın Baş naziri Nikol Paşinyan 14-15 avqust tarixlərində Çolpon-Atada (Qırğızıstan) keçiriləcək Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, bu, Paşinyanın avqustun 12-dən 15-dək məzuniyyətdə olması ilə əlaqədardır.
İclasda Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.