Bakı. Trend:
Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlhamƏliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhbəyannaməsinin uğurla imzalanması münasibətilə Sizə Albaniya xalqıadından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Busənədin imzalanması iki ölkə arasında əməkdaşlığa və qarşılıqlıanlaşmaya yol açan tarixi bir mərhələdir. Sizin tərəfinizdən, eləcədə Amerika Birləşmiş Ştatları tərəfindən nümayiş etdirilən davamlıqətiyyəti və sadiqliyi yüksək dəyərləndiririk.
Fürsətdən istifadə edərək bir daha təsdiq edirəm ki, AlbaniyaAzərbaycanla dostluğa, qarşılıqlı hörmətə və ortaq maraqlaraəsaslanan, davamlı şəkildə inkişaf edən tərəfdaşlığa böyükəhəmiyyət verir.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə ölkələrimiz arasındaəlaqələr bundan sonra da inkişaf edəcək və Azərbaycanın beynəlxalqaləmdə nüfuzu və töhfələri daha da artacaqdır.
Cənab Prezident, sülh prosesinin davamlı uğuru və dostAzərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı və Sizəolan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".