Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh bəyannaməsinin uğurla imzalanması münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Bu sənədin imzalanması iki ölkə arasında əməkdaşlığa və qarşılıqlı anlaşmaya yol açan tarixi bir mərhələdir. Sizin tərəfinizdən, eləcə də Amerika Birləşmiş Ştatları tərəfindən nümayiş etdirilən davamlı qətiyyəti və sadiqliyi yüksək dəyərləndiririk.
Fürsətdən istifadə edərək bir daha təsdiq edirəm ki, Albaniya Azərbaycanla dostluğa, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan, davamlı şəkildə inkişaf edən tərəfdaşlığa böyük əhəmiyyət verir.