"Karvan" daha bir transfer gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi portuqaliyalı qapıçı Pedro ilə 1 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu son olaraq ölkəsinin “Feirense” klubunun formasını geyinib. Pedro Mateus San-Tome və Prinsipi millisinin üzvüdür.
Qeyd edək ki, "Karvan" bunadək Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi Thompson, Olavale Doen, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Ngwisani, Shaquill Sno, Uğur Cahangirov, Vitor Rocha, Səid İranxan, Joy Slayd Mikelsi də sıralarına qatıb.