Dünyanın ən nəhəng buzlağı hesab edilən Mendenholun sürətlə əriməyə başlaması Alyaskada ciddi daşqın təhlükəsi yaradıb.
Herbiand.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə yerli "Alaska Beacon" nəşri yazıb.
Qeyd olunub ki, Mendenhol buzlağı 20 kilometr uzunluğundadır və Alyaska ştatının inzibati mərkəzi Cunodan 19 kilometr məsafədə yerləşir.
Bir neçə gün əvvəl buzlağın yaxınlığında yerləşən göldə və bənddə su səviyyəsinin kəskin səviyyədə artığını əsas gətirən yerli qurumlar ştatın bir neçə bölgəsinin sakinlərini təxliyə olunmağa çağırıblar.
"Əriyən buzlaqlar artıq çoxdan gözlənilən daşqına səbəb olacaq və Alyaskanın mərkəzinə təsir göstərəcək. Daşqının pik səviyyəsi çərşənbə gününə təsadüf edəcək və suyun səviyyəsi təxminən 5 metrə qədər qalxacaq. Bu rekord göstəricidir və əvvəlki illərlə müqayisədə daha çox ziyana səbəb olacağı gözlənilir", - deyə qəzetdə yazılıb.