AZ

Xoşqədəm: "Səni gerçəkdən sevən onlar imiş" - FOTO

"Bu dünyada əvəzolunmaz insanlar yalnız ata və ana imiş".

 

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb.

 

Aparıcı bir müddət əvvəl dünyasını dəyişən atası və anası ilə bağlı paylaşım edib.

 

"Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən, sevincinə ürəkdən sevinən, bir sözlə, səni hər halınla düşünən yalnız valideynlərin imiş. İnsan onları itirdikdən sonra bunu daha dərindən anlayır. Çox darıxıram, sizi çox özləyirəm" deyə, Xoşqədəm sözlərinə əlavə edib.

 

Tarix: 13 Avqust 2025, 13:37   
Seçilən
21
5
pravda.az

6Mənbələr