AZ

"Liverpul" İngiltərə millisinin üzvü üçün hərəkətə keçdi

"Liverpul" "Kristal Pelas" və İngiltərə millisinin müdafiəçisi Mark Qehini transfer etməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmızılar" artıq futbolçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Mənbənin sözlərinə görə, Mersisayd klubu "Kristal Pelas"a oyunçunun transferi üçün 40 milyon avro təklif edib. 25 yaşlı müdafiəçinin yaxın vaxtlarda komandaya keçidi gözlənilir.

Ötən mövsüm Qehi bütün turnirlərdə 44 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
42
publika.az

1Mənbələr