AZ

Pakistan və Azərbaycan iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib

Bakı. Trend:

Prezident Asif Əli Zərdari Pakistanın Azərbaycanla qardaşlıqmünasibətlərini möhkəmləndirməyə sadiq olduğunu təsdiqləyib, ortaqdəyərləri, qarşılıqlı etimadı və ümumi istəkləri vurğulayıb.

Trend Azərbaycanınİslamabaddakı səfirliyinə istinadən xəbər verir.

Prezident Zərdari İslamabadda Ayvan əs-Sədr sarayındaAzərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşü zamanıticarət, investisiya və regional inteqrasiya sahələrində ikitərəfliəməkdaşlığın genişləndirilməsi potensialını qeyd edib. O bildiribki, iqtisadi əlaqələrin gücləndirilməsi iki ölkəni bir-birinə dahada yaxınlaşdıracaq və ümumi rifaha töhfə verəcək.

Prezident Zərdari həmçinin, Vaşinqtonda Azərbaycan və Ermənistanarasında tarixi Sazişin imzalanması münasibətilə səfiri təbrik edibvə bunu regionda davamlı sülh, sabitlik və inkişaf yolunda mühümaddım kimi qiymətləndirib.

O, Pakistanla Azərbaycan arasında birbaşa aviareysin açılmasınıalqışlayaraq, bunun ticarət, turizm və insanlar arasında təmaslarüçün yeni imkanlar yaratdığını bildirib.

Bundan əlavə, Prezident Pakistanın Cammu və Kəşmirlə bağlımövqeyinə, xüsusilə İƏT Əlaqə Qrupu çərçivəsində göstərdiyi davamlıdəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Seçilən
32
2
az.trend.az

3Mənbələr