AZ

ABŞ-də “dünyanın ən çirkin iti”seçildi

ABŞ-nin Kaliforniya ştatının Santa-Rosa şəhərində keçirilən müsabiqədə iki yaşlı tüksüz ingilis-fransız buldoq qarışığı it, Petuniya, “dünyanın ən çirkin iti” titulunu qazanıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Müsabiqədə Petuniya on digər iştirakçını, o cümlədən 8 yaşlı Çin tükü olmayan iti və 13 yaşlı çixuaxuanı üstələyib. İtin sahibi Şennon Neyman $5 200 məbləğində pul mükafatı qazanıb.

Sahibi bildirir ki, it tüksüz olsa da, çox mehriban və insanlarla ünsiyyəti sevir. Mükafat olaraq Petuniya məhdud seriyalı pivə qutularında da yer alacaq.

Nuriyyə NATİQQIZI

Seçilən
35
redaktor.az

1Mənbələr