AZ

Hakan Fidan: Suriyadakı normallaşma prosesindən narahat olan aktorlar təxribatla məşğuldur

Suriyadakı normallaşma prosesindən narahat olan regiondakı müəyyən aktorlar təxribatla məşğuldur.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.

“Burada meydan oxuma, iddia var. Bizim üzərimizə düşən məsələləri təhlil edib problemləri nizamlamaqdır”,- o əlavə edib.

Türkiyə XİN rəhbəri bildirib ki, Suriya ilə Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq davam edir:

“Amerika, Avropa və region ölkələri ilə bu istiqamətdə fikir alış-verişindəyik. Burada ortaya çıxan böhran vəziyyətinin analizi aparılır. Süveyda hadisələrindən sonra Ommanda təşkil edilən görüşləri biz dəstəklədik. Bəzi ölkələrin atdıqları addımlar sadəcə işğal etdikləri ölkələrə yox, bütöv regiona təsir edir, bunu nəzərə almalıdırlar”.

Seçilən
5
1
report.az

2Mənbələr