BAKI, 13 avqust. TELEQRAF
Bu gün Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4 maqnitudalı zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilir ki, zəlzələ 8,4 km dərinlikdə baş verib.
Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Baş verən zəlzələ nəticəsində bir bina çöküb,1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.