"Tottenhem" klubunun yeni kapitanı bəlli olub.
Offsideplus.az xəbər verir ki, Kuti Romero London təmsilçisinin kapitan sarğısını daşıyacaq. Bu qərar baş məşqçi Tomas Frank tərəfindən verilib. O, komandaya gəlişinin ilk günündən Romeronu əsas oyunçu kimi görüb.
Qeyd edək ki, "Tottenhem"in əvvəlki kapitanı komandadan ayrılmış Son Hın Min idi. Komanda bu gün UEFA Super Kuboku finalında PSJ ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.