İsti havalarda insanların əksəriyyəti sərinləmək üçün müxtəlif içkilərə üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bəzilərinin yay aylarında tez-tez istifadə etdiyi bəzi içkilər sağlamlığa ciddi zərər vura bilər.
Yenisabah.az xəbər verir ki, xüsusilə üç növ içkidən yayda uzaq durmaq lazımdır: qazlı içkilər, enerji içkiləri və hazır meyvə şirələri.
Mütəxəssislərin sözlərinə görə, qazlı içkilər susuzluğu aradan qaldırmır, əksinə artırır. Onların yüksək şəkər tərkibi böyrək daşlarının yaranma riskini artırır, tərkibindəki fosfat isə ürək-damar sağlamlığı üçün təhlükə yaradır. Dominos pizza
Enerji içkiləri isə bədənin temperatur tənzimləmə prosesini çətinləşdirir, ürək ritmini və qan təzyiqini yüksəldə bilər. İsti havada bu içkilərin qəbulu ürək-damar sistemi üzərində əlavə yük yaradır.
Hazır meyvə şirələri də təhlükəsiz sayılmır. Onların yüksək şəkər miqdarı orqanizmdə susuzluğu artıra, eyni zamanda artıq çəkiyə səbəb ola bilər.
Mütəxəssislər yayda sərinləmək üçün ən yaxşı içkinin sadə su olduğunu, həmçinin təbii meyvə və tərəvəz sularının daha faydalı seçim ola biləcəyini vurğulayırlar.
Aytac Əliyeva
Telegram kanalımız