Bakı. Trend:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,Azərbaycan Respublikasının Mülki Məcəlləsində, AzərbaycanRespublikasının Vergi Məcəlləsində, Azərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsində, Azərbaycan RespublikasınınCəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının RəqabətMəcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbisığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”,“İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin vəonların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraathaqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsızhesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, xüsusi icra məmurları fəaliyyət göstərdikləri yerüzrə vergi orqanlarında uçota alınacaqlar.
Xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzindəaldıqları icra haqlarından (xərclər nəzərə alınmadan) vergitutulacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, onların əldəetdikləri icra haqları qeyri-sahibkarlıq fəaliyyətindən əldə ediləngəlir hesab ediləcək.
Layihədə xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisihesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergitutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gecolmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannaməvermək öhdəliyi nəzərdə tutulur.
"Sosial sığorta haqqında" qanunda xüsusi icra məmurlarının daməcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısınaəlavə edilməsi, onlardan minimum aylıq əməkhaqqının beş mislinin 25%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulacaq.
"Tibbi sığorta haqqında" qanuna da dəyişiklik edilərək, xüsusiicra məmurlarının sığortalı qismində çıxış edən şəxslərinsiyahısına əlavə edilməsi nəzərdə tutulur.