AZ

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu, 12-ci, 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır: 

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli, 16 may tarixli 196-VIIQD və 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 176.3-cü maddənin ikinci cümləsinə “işə” sözündən sonra “dövlət” sözü əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 234.3-cü maddə əlavə edilsin:

“234.3. Qətnamənin, yaxud məcburi icra edilməli olan digər məhkəmə aktının icraya yönəldilməsi qaydaları “İcra haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.”.

Maddə 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD, 161-VIIQD nömrəli, 1 may tarixli 188-VIIQD, 192-VIIQD nömrəli, 3 iyun tarixli 209-VIIQD nömrəli və 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) 561-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Mülki hüquqların həyata keçirilməsinin təşkil edilməsi dövlətin inhisarındadır. Bu məqsədlə dövlət güc və ya məcburetmə tətbiq olunmasını, məcburi icra orqanlarının fəaliyyətini tənzimləyir, mülki-prosessual və icra haqqında qanunvericiliklə müəyyən edilən metodlar tətbiq edir.”.

Maddə 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli, 18 mart tarixli 158-VIIQD, 161-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD, 175-VIIQD nömrəli, 1 may tarixli 190-VIIQD, 192-VIIQD nömrəli, 3 iyun tarixli 209-VIIQD nömrəli və 24 iyun tarixli 224-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 16.1.11-6.6-cı maddə əlavə edilsin:

“16.1.11-6.6. xüsusi icra məmurları tərəfindən “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəmələrin və digər orqanların sənədlərinin icrasının həyata keçirilməsi ilə əlaqədar olan xidmətlərin göstərilməsi;”;

3.2. 33.1-ci maddənin birinci abzasına “notariuslar” sözündən sonra “və xüsusi icra məmurları” sözləri əlavə edilsin;

3.3. 37.2-ci maddənin birinci cümləsində “və xüsusi notariusun” sözləri “bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun” sözləri ilə əvəz edilsin;

3.4. 96.1-ci maddənin ikinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.”;

3.5. 99.3.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.14-cü maddə əlavə edilsin:

“99.3.14. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi icra məmurunun fəaliyyətinə görə onlara ödənilən standart və əlavə icra haqları.”;

3.6. 101-ci maddə üzrə:

3.6.1. 101.4-cü maddədə “bəndi” sözü “abzasının birinci cümləsi” sözləri ilə əvəz edilsin;

3.6.2. aşağıdakı məzmunda 101.4-1-ci maddə əlavə edilsin:

“101.4-1. Xüsusi icra məmuru üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci abzasının ikinci cümləsi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.”;

3.7. 149-cu maddə üzrə:

3.7.1. 149.1.4-cü maddəyə “notariuslar,” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin;

3.7.2. 149.2-ci maddə üzrə:

3.7.2.1. birinci cümləyə “notariuslar” sözündən sonra “və xüsusi icra məmurları” sözləri əlavə edilsin;

3.7.2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Xüsusi icra məmurları “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi icra məmurunun fəaliyyətinə görə onlara ödənilən standart və əlavə icra haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.”;

3.8. 151.1-ci maddəyə aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:

“Xüsusi icra məmurları bu Məcəllənin 101.4-1-ci maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.”.

Maddə 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli, 16 may tarixli 199-VIIQD nömrəli, 13 iyun tarixli 211-VIIQD və 212-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 251.1-ci maddəyə, 251.2-ci maddənin birinci cümləsinə, 251.3-cü maddənin ikinci cümləsinə, 251.5-ci maddəyə, 252.1-ci maddənin birinci abzasının birinci cümləsinə və 252.1.2-ci maddəyə ismin müvafiq hallarında “icra məmuru” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin;

4.2. 310-cu maddə üzrə:

4.2.1. 310.1-ci maddənin birinci abzasının birinci cümləsinə və 310.2.1-ci maddəyə “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin;

4.2.2. 310.4-cü maddə üzrə:

4.2.2.1. birinci cümləyə “edilməsi” sözündən sonra “dövlət” sözü əlavə edilsin;

4.2.2.2. ikinci cümlədə “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin;

4.3. 322.1.3-cü maddəyə “edən” sözündən sonra “dövlət” sözü əlavə edilsin.

Maddə 5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 15-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllədə “icra məmuru” dedikdə “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən dövlət icra məmurları nəzərdə tutulur.”;

5.2. 15-1.4-cü maddənin birinci abzasında ikinci halda “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin.

Maddə 6. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 1; Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 192-VIIQD nömrəli Qanunu) 73.8-ci maddəsinə “əsasən” sözündən sonra “dövlət” sözü əlavə edilsin.

Maddə 7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli və 11 aprel tarixli 172-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 12-ci maddəyə “üzvləri;” sözündən sonra “xüsusi icra məmurları;” sözləri əlavə edilsin;

7.2. aşağıdakı məzmunda 14.5.3-1-ci maddə əlavə edilsin:

“14.5.3-1. xüsusi icra məmurları üzrə – minimum aylıq əməkhaqqının beş mislinin 25 faizi miqdarında;”.

Maddə 8. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611 (Cild I); 2024, № 1, maddə 3) 14-cü maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1) xüsusi icra məmurlarının müraciəti əsasında icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara yardım göstərmək;”.

Maddə 9. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332, 1348; 2025, № 1, maddə 16, № 3, maddə 218) 15-2.2.2-ci maddəsinə “notariuslar,” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin.

Maddə 10. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 76-cı maddənin altıncı–doqquzuncu hissələri yeddinci–onuncu hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

“Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər.”;

10.2. 79-cu maddəyə “aparır və” sözlərindən sonra “xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla” sözləri əlavə edilsin.

Maddə 11. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I); 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 189-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

11.1. adında “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin;

11.2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1. Dövlət icra məmurlarının funksiyaları

Dövlət icra məmurları (bundan sonra – icra məmurları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Republikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin (bundan sonra – məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, məhkəmələrin mülki işlər, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.”.

Maddə 12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD nömrəli, 16 may tarixli 196-VIIQD nömrəli, 3 iyun tarixli 209-VIIQD nömrəli və 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.1-ci maddədə “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan” sözləri “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri ilə əvəz edilsin;

12.2. aşağıdakı məzmunda 2.3–2.5-ci maddələr əlavə edilsin:

“2.3. Bu Qanunda icra məmurları dedikdə “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərən dövlət icra məmurları və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərən xüsusi icra məmurları nəzərdə tutulur.

2.4. Xüsusi icra məmurları məhkəmə və digər orqanların qərarlarını “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla icra edirlər.

2.5. Bu Qanunda icra qurumu və onun rəhbərinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar səlahiyyətləri xüsusi icra məmurlarına münasibətdə bilavasitə həmin icra məmurlarının özləri tərəfindən həyata keçirilir.”;

12.3. aşağıdakı məzmunda 6.1.6-1-ci maddə əlavə edilsin:

“6.1.6-1. xüsusi icra məmurunun standart haqqın tutulması barədə qərarı;”;

12.4. 8.1-ci maddənin birinci abzası üzrə:

12.4.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“İcra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir.”;

12.4.2. ikinci cümlədə “İcra sənədi” sözləri “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri” sözləri ilə əvəz edilsin;

12.5. aşağıdakı məzmunda 13.3-cü maddə əlavə edilsin:

“13.3. Bu maddə ilə müəyyən edilən müddətlər icra sənədinin tələbkar tərəfindən xüsusi icra məmurunun icraatına yönəldilməsi hallarına şamil edilmir. İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 (üç) il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər.”;

12.6. 20.7-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara qaytarılır.”;

12.7. 23-cü maddə üzrə:

12.7.1. 23.1-ci maddənin birinci abzasında “isə” sözü “və xüsusi icra məmurunun icraatında olan icra sənədi” sözləri ilə əvəz edilsin;

12.7.2. 23.7-ci maddənin birinci cümləsində birinci halda “isə” sözü “və xüsusi icra məmurunun icraatında olan icra sənədinin” sözləri ilə əvəz edilsin;

12.8. aşağıdakı məzmunda 42.7-ci maddə əlavə edilsin:

“42.7. Xüsusi icra məmuruna etiraz etmə haqqında məsələ “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həll edilir.”;

12.9. 53.3-cü maddənin ikinci cümləsində ikinci halda “isə” sözü “və xüsusi icra məmurunun icraatında olan icra sənədi” sözləri ilə əvəz edilsin;

12.10. aşağıdakı məzmunda 54.5-ci maddə əlavə edilsin:

“54.5. Eyni borclu barəsində dövlət icra məmurunun və xüsusi icra məmurunun icraatlarında olan bir neçə icra sənədi ayrılıqda icra olunur. Bu halda icra sənədlərinin səmərəli icrası üçün icra məmurları arasında məlumat mübadiləsi aparılır.”;

12.11. 55-ci maddənin ikinci cümləsində ikinci halda “isə” sözü “və xüsusi icra məmurunun icraatında olan icra sənədi” sözləri ilə əvəz edilsin;

12.12. 70.4-cü maddənin birinci cümləsində “isə” sözü “və xüsusi icra məmurunun icraatında olan icra sənədinin” sözləri ilə əvəz edilsin;

12.13. aşağıdakı məzmunda 81-1.5-ci və 81-2-ci maddələr əlavə edilsin:

“81-1.5. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi icra məmurları tərəfindən icra edilən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, xüsusi icra məmurlarının fəaliyyəti üzrə xərclərin və haqların ödənilməsinə bu Qanunun icra xidmətinin depozit hesabları ilə bağlı müddəaları şamil edilmir.”;

“Maddə 81-2. Xüsusi icra məmurlarının fəaliyyəti üzrə xərclər və haqlar

81-2.1. Bu Qanunun 79-cu maddəsi istisna olmaqla, bu Qanunun X fəslinin müddəaları xüsusi icra məmurlarının fəaliyyətinə şamil olunmur.

81-2.2. Xüsusi icra məmurlarının fəaliyyəti üzrə xərclər və haqlar “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada hesablanır və ödənilir.”;

12.14. 82.3-cü və 84.4-cü maddələrə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xüsusi icra məmurunun müvafiq təqdimatının icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq edilməsi tələb olunmur.”;

Maddə 13. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695 (Cild I); 2024, № 4, maddə 365, № 8, maddə 935) 26.3-cü maddəsinin üçüncü cümləsinə “yetirilməsinə” sözündən sonra “dövlət” sözü əlavə edilsin.

Maddə 14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084 (Cild I) 82.1-ci maddəsində “icra məmurları” sözləri “dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları)” sözləri ilə əvəz edilsin.

Maddə 15. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337; Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 204-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.1-ci maddədə ikinci halda “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin;

15.2. 23.7-ci maddəyə və 26.1-ci maddənin birinci cümləsinə ismin müvafiq hallarında “icra məmurları” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin.

Maddə 16. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053 (Cild I); 2024, № 12 (II kitab), maddə 1347; 2025, № 1, maddə 6; Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 189-VIIQD nömrəli Qanunu) 3.4.2-ci maddəsində “və “İcra haqqında” sözləri “, “İcra haqqında” və “Xüsusi icra məmurları haqqında” sözləri ilə əvəz edilsin.

Maddə 17. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 25 (Cild I); 2024, № 5 (I kitab), maddə 488) 20.5-ci maddəsinin birinci cümləsinə “notariuslar” sözündən sonra “, xüsusi icra məmurları və xüsusi icra məmurlarının köməkçiləri” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2025-ci il

Seçilən
16
xalqqazeti.az

1Mənbələr