AZ

“Atletiko”nun istədiyi PSJ-li

“Atletiko” PSJ-nin yarımmüdafiəçisi Karlos Soleri heyətinə qatmağa hazırlaşır.

Msport.az xəbər verir ki, Paris klubu ötən mövsüm icarə əsasında “Vest Hem”də çıxış edən 28 yaşlı futbolçu ilə yollarını ayırmağa razılaşıb.

Madrid nəhəngi “transfer pəncərəsi” bağlanana qədər yarımmüdafiəçi ilə bağlı danışıqlara başlayacaq. Baş məşqçi Dieqo Simeonenin Solerin bacarıqlarını yüksək qiymətləndirdiyi və onu komandasına dəvət etmək barədə çoxdan düşündüyü bildirilir. İcarə variantı da mümkündür.

Karlos Soler vətəninə qayıtmaq qərarına gəlsə, “Atletiko”nu seçəcək.

Seçilən
10
2
msport.az

3Mənbələr