Milli Məclisin deputatı Günay Ağamalı, bir neçə ay sonra keçiriləcək Ana Vətən Partiyasının qurultayında sədrliyə namizəd olacaq.
Məlumatı News365.az-a açıqlamasında partiyanın hazırkı sədri, deputatın atası Fəzail Ağamalı təsdiqləyib.
Onun sözlərinə görə, Günay Ağamalı bir müddət əvvəl jurnalistlərin suallarını cavablandırarkən bu qərarını bəyan edib.
“Bəli, belə olacaq”, – deyə Fəzail Ağamalı bildirib.
News365.az