Naxçıvan, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərin əhəmiyyətli hissəsini regionların inkişafına xidmət edən layihələrə yönəldib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin 7 ayı ərzində Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb.
Fond tərəfindən 2025-ci ilin 7 ayında maliyələşdirilmiş 8,2 milyon manat kreditin 9,2 faizini kiçik, 30,0 faizini orta və 60,8 faizini böyük həcmli kreditlər təşkil edib.