ABŞ Milli Qvardiyasının qoşunları prezident Donald Trampın paytaxtda cinayətkarlıqla mübarizəyə dair sərəncamını yerinə yetirmək üçün Vaşinqtona gəlib.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Ağ Ev rəhbərinin əmrinə əsasən, qoşunlar asayiş və qanun bərpa olunana qədər şəhərdə qalacaq, lakin telekanalın məlumatına görə, missiya sentyabrın 25-dək davam edəcək. Əməliyyatda ümumilikdə 800-ə yaxın mühafizəçi iştirak edir.
Nəşr qeyd edib ki, avqustun 11-də axşam saatlarında Vaşinqton abidəsi yaxınlığında beş hərbi maşın və onlarla Milli Qvardiyanın əsgəri görünüb. Onlar missiyalarının təfərrüatını öyrənməyə çalışan jurnalistlə əlaqə saxlamayıblar.