UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu növbəti uğuruna imza atıb.
Belə ki, dünən keçirilən cavab oyununda Şimali Makedoniyanın “Şkëndiya” klubunu ümumi hesabda 6-2 üstələyən Qurban Qurbanovun komandası turnirin play-off mərhələsinə vəsiqə qazanıb.
“AzPolitika” xəbər verir ki, bu nəticə yalnız idman baxımından deyil, həm də maliyyə baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, UEFA-nın mükafatlandırma sisteminə görə, ÇL-in play-off mərhələsinə yüksələn hər bir klub təxminən 4,29 milyon avro gəlir əldə edir. “Qarabağ” da artıq bu məbləği təmin edib.
Qeyd edək ki, əgər komanda play-off mərhələsində də qalib gələrək ÇL qrupuna düşsə, əlavə olaraq 18,62 milyon avro iştirak haqqı qazanacaq. Bu isə ümumi gəliri təxminən 23 milyon avro-ya yüksəldə bilər. Bundan başqa, qrup mərhələsində hər qələbə 2,1 milyon avro, heç-heçə isə 700 min avro dəyərində əlavə gəlir gətirir.