Bakı. Trend:
İqtisadi artım perspektivlərinə dair gözləntilər ümumilikdənikbin olaraq qalır. Mərkəzi Bankın 2025-ci ilin iyul proqnozlarınaəsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 3.0%,qeyri-neft-qaz ÜDM-i üzrə 4.2% olacağı gözlənilir. 2025-ci ildəÜDM-nin artımı, əsasən, qeyri-neft-qaz sektorundantəsirlənəcək.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir
Məlumata görə, 2026-cı ildə real iqtisadi artımın ümumi vəqeyri-neft-qaz üzrə müvafiq olaraq 2.2% (136.3 mlrd. manat) və 4.3%(93.7 mlrd. manat) olacağı proqnozlaşdırılır. 2026-cı ildə ÜDMartımına əsas səbəbin qeyri-neft-qaz sektoru olacağıgözlənilir.
Qeyd edilib ki, neft-qaz sektorunda ÜDM 2025-ci il 1.2% artım,2026-cı ilə -1.2% azalma proqnozlaşdırılır. Qeyd edək ki, neft-qazsektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarınaəsaslanır.
"2025 və 2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşmasıev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılıolacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakıqeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artımproqnozlarının reallaşmasına təsir edə bilər", - deyə məlumatdaqeyd edilib.